Şəkidə idarəetməni itirən avtomobil ağaca çırpılıb - Ölən var

Şəkidə idarəetməni itirən avtomobil ağaca çırpılıb -

Şəkidə idarəetmədən çıxan avtomobil ağaca çırpılıb. Ölən və yaralananlar var.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında, Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib. Elsevər İsmayılovun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər 49 yaşlı Rizvan İsmayılov və 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb. T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ehtiram Muradov

Azmedia.Az