Şəxsi həyatında toy, karyerasına son...

Şəxsi həyatında toy, karyerasına son...

Xəbər verdiyimiz kimi,  "Space" Tv-də başlayan yoxlama kanalın baş direktoru, keçmiş KVN-çi Vado Korovinin vəzifədən uzaqlaşdırılması ilə davam etdi.

Azmedia.Az xəbər verir ki, V.Korovinin baş direktorluqdan uzaqlaşdırılması hələ son deyil.

Kanal əməkdaşlarının ötən ayın maaşını almadığı bildirilir. Gərginlik isə kanalda maliyyə çətinlikləri ilə bağlıdır.

Maraqlıdır ki, bütün bu proseslər Vado Korovinin ailəsində xoş gün ərəfəsində baş verir. Belə ki, 10 aprel tarixində mediada yayılan məlumatda Korovinin qızının toyuna hazırlaşdığı bildirilmişdi. Qeyd edilirdi ki, Korovinin qızı Zarinanın Əli adlı bəylə toy məclisi aprelin 18-də keçiriləcək.
Baş verənlərin toy mərasiminə təsir edib-etmədiyi haqda məlumat yoxdur.