SON DƏQİQƏ: PSJ “Barselona”nın futbolçusu ilə razılaşmanı əldə etdi-

SON DƏQİQƏ: PSJ “Barselona”nın futbolçusu  ilə razılaşmanı əldə etdi-

Ferran Torresin karyerasında yeni səhifə açılır. İspaniyalı futbolçunun Fransanın PSJ klubuna keçidi ilə bağlı razılaşmanın tamamlandığı bildirilir.

Azmedia.Az xəbər verir ki, Ferran Torresin “Barselona”dan Paris -Sen-Jermenə transferi ilə bağlı anlaşma əldə olunub.

Məlumata görə, PSJ bu keçid üçün “Barselona”ya 50 milyon avro məbləğində ödəniş edəcək.

Bildirilir ki, Ferran Torres karyerasını məhz Parisdə davam etdirmək istəyib. Tərəflər arasında danışıqlar son bir neçə gündə yekun mərhələyə çatıb və razılaşma artıq imzalanıb.

Transferlə bağlı bütün məsələlərin həll olunduğu və keçidin tamamlandığı qeyd edilir.

Qeyd edək ki, Ferran 2022-ci ilin yanvarıından Katalonların şərəfini qoruyur. Futbolçu ötən mövsüm meydana çıxdığı 49 görüşdə 21 qol 3 asistlə yadda qalıb , onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.Transfer dəyəri 55 milyon avro olaraq qiymətləndirilir.