Prezident və birinci xanım Anım Günündə Zəfər parkını ziyarət etdilər
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar.
Azmedia.Az xəbər verir ki, dövlət başçısı Zəfər abidəsinin önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad edib.
Daha sonra birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini dərin hörmətlə anıb.


