İran ordusundan XƏBƏRDARLIQ

İran ordusundan

"ABŞ Yaxın Şərqdə həssas vəziyyətdədir, onların hərbi təcavüzünün baş verəcəyi təqdirdə bütün region daha da irimiqyaslı münaqişəyə qərq olacaq".

Azmedia.Az xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi general Məhəmməd Əkrəminiya bəyan edib.

"Amerikalılar regionda heç də yaxşı vəziyyətdə deyillər. Əgər ABŞ-də hər şey qaydasında olsaydı, onlar vəziyyəti dəyişməyə çalışmazdılar", - deyə o qeyd edib. 

Əkrəminiyanın sözlərinə görə, İran Silahlı Qüvvələri Vaşinqton tərəfindən ola biləcək potensial zərbələrə hər zamankından daha yaxşı hazırdır.

"Bizim mənəvi-psixoloji hazırlığımız var, biz təchizatımızı optimallaşdırmışıq və döyüş heyətinə yeni silah və texnika nümunələri daxil etmişik.

Əgər düşmən təcavüzə cürət edərsə, region əvvəlkindən də şiddətli şəkildə müharibə, qeyri-sabitlik və zorakılığa qərq olacaq, region ölkələri isə daha çox zərər çəkəcəklər", - deyə Əkrəminiya fikrini yekunlaşdırıb.