Toyda zəhərlənmə hadisəsi: “Günəş” restoranının fəaliyyəti dayandırıldı

Toyda zəhərlənmə hadisəsi: “Günəş” restoranının fəaliyyəti dayandırıldı

Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy mərasimi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılıb və araşdırma yekunlaşanadək restoranın fəaliyyəti məhdudlaşdırılıb.

Azmedia.Az xəbər verir ki, Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında təşkil olunan toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma həyata keçirilib.

AQTA-nın məlumatına əsasən, araşdırma zamanı məclisdə istifadə edilən qida məhsullarının toy sahibi tərəfindən restorana təqdim olunduğu müəyyənləşdirilib.

Araşdırma çərçivəsində istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan əməkdaşların əllərindən, həmçinin mətbəxdəki səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülüb.

Götürülən nümunələr müvafiq laboratoriyaya göndərilib.

AQTA bildirib ki, araşdırma yekunlaşana qədər “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.