Tut ağacından yıxılan yaşlı kişinin bel fəqərəsi sındı
Tut ağacından yıxılan yaşlı kişinin bel fəqərəsi sındı.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Mingəçevirdə, bağlar yaşayış massivindəki həyətlərdən birində baş verib. Tut yığmaq üçün ağacın başına çıxan 1960-cı il təvəllüdlü Əbülfət Şabanov müvazinətini itirərək hündürlükdən yerə çırpılıb. Müxtəlif bədən xəsarətləri alan və bel fəqərə sümüyü sınan yaralı xəstəxanaya yerləşdirilib.
Ehtiram Muradov
Azmedia.Az


