Xarici diplomatlar Kəlbəcərdə “İstisu” zavoduna baş çəkdilər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Kəlbəcərdə yerləşən “İstisu” mineral su zavoduna səfər ediblər.
Azmedia.Az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Kəlbəcərdə fəaliyyət göstərən “İstisu” mineral su zavodunu ziyarət ediblər.
Səfər zamanı xarici diplomatlara müəssisənin fəaliyyəti, istehsal imkanları və mineral suyun qablaşdırılması prosesi barədə məlumat verilib.
Qonaqlar zavodun fəaliyyəti ilə yerində tanış olublar.
Diplomatik nümayəndələrə həmçinin müəssisə və “İstisu” mineral su mənbələri barədə ətraflı məlumat təqdim olunub.


