ABŞ-də naməlum raketin sınağı keçirilib
ABŞ-də naməlum raketin buraxılışı həyata keçirilib.
Azmedia.Az xəbər verir ki, bu barədə Florida Today portalı məlumat yayıb.
Bildirilir ki, buraxılış cümə axşamı günü Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələrinin bazasında, yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə 20:30) baş tutub. Raket Atlantik okeanı üzərində səmada ağ iz buraxıb.
Mənbənin məlumatına görə, əsas kosmik buraxılış operatorlarından heç biri həmin vaxt üçün uçuş planlaşdırmayıb. Hadisə dolayısı ilə onunla da təsdiqlənib ki, ABŞ Sahil Mühafizəsi və Daxili Təhlükəsizlik Nazirliyi Atlantikanın şərq hissəsində gəmiçilik üçün qeyri-adi məhdudiyyət zonası tətbiq edib.
Bundan əvvəl, mətbuat ABŞ-nin B-52 bombardmançı təyyarəsini iki ədəd AGM-181 Long-Range Standoff nüvə qanadlı raketi ilə sınaqdan keçirdiyini də yazmışdı.


