Ağdaşda maşın piyadanı vuraraq öldürdü
Ağdaşda maşın piyadanı vuraraq öldürdü.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. “Mercedes” markalı avtomobil piyadanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Əldə etdiyimiz məlumata görə, dünyasını dəyişən Ağdaş rayon sakini 1939-cu il təvəllüdlü Xaspoladov Qırımxan Yaqub oğlu olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Ehtiram Muradov
Azmedia.Az


