Agentlik yarım milyon manatlıq tibbi ləvazimata alır
"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" publik hüquqi şəxsi tibbi məsrəf və digər ləvazimatların satın alınması məqsədilə genişmiqyaslı tender elan edib.
Azmedia.Az xəbər verir ki, Satınalma layihəsinin ehtimal olunan ümumi qiyməti 506 799,04 AZN təşkil edir. Müsabiqə çərçivəsində agentliyin tabeliyində olan müəssisələrin fəaliyyətini təmin etmək üçün zəruri olan müxtəlif növ tibbi materialların tədarükü nəzərdə tutulur.
Hazırda potensial tədarükçülərdən təkliflərin qəbulu prosesi həyata keçirilir.///32gun


