Alyona Əliyevadan Mehriban Əliyevaya doğum günü təbriki- FOTO
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.
Azmedia.Az xəbər verir ki, Alyona Əliyeva bununla bağlı sosial media hesabında paylaşım edib.
Paylaşımda Mehriban Əliyevaya möhkəm cansağlığı, xoşbəxtlik və dövlətin inkişafı naminə fəaliyyətində uğurlar arzulanıb.
Təbrik mesajında deyilir:
“Hörmətli Mehriban xanım, ad gününüz mübarək! Sizə möhkəm cansağlığı, sonsuz xoşbəxtlik və dövlətimizin inkişafı naminə fəaliyyətinizdə daim uğurlar arzulayırıq!”
Qeyd edək ki, Mehriban Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində anadan olub.


