Firuzə Cəlilova bilmirdi ki, axtarışda olan şəxsi gizlətmək cinayətdir? 10 gündür bağ evində gizlədilirmiş
Aparıcı Fira Cəlilovanın bağ evində keçirilən polis əməliyyatının yeni təfərrüatları üzə çıxıb. Məlumata görə, axtarışda olan Əlüseyn Hüseyn adlı şəxs təxminən 10 gün ərzində aparıcının bağ evində gizlənib. Onun həmin ünvana necə gətirildiyi və orada qalmasına kimin şərait yaratdığı ilə bağlı da yeni iddialar səsləndirilir.
Azmedia.Az xəbər verir ki, məlumata görə hüquq-mühafizə orqanlarına axtarışda olan Əlüseyn Hüseyn adlı şəxsin aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evində gizləndiyi barədə məlumat daxil olub. Məlumata əsasən, polis əməkdaşları həmin ünvana gələrək axtarış aparıblar. İlkin mərhələdə bağ evində heç kimin olmadığı və axtarılan şəxsin orada yerləşmədiyi bildirilsə də, polis əməkdaşlarının keçirdiyi operativ əməliyyat tədbirləri nəticəsində onun bağ evinin həyətindəki tikilidə gizləndiyi müəyyən edilib.
Əməliyyat nəticəsində Əlüseyn Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Bildirilir ki, axtarışda olan şəxs təxminən 10 gün əvvəl Azərbaycanın rayonlarından birindən Bakıya gəlib və həmin müddət ərzində sözügedən bağ evində gizlənib.
Məlumata görə, aparıcının anasının tanışlarından biri ondan həmin şəxsi bağ evində müvəqqəti yerləşdirməyi xahiş edib. Həmçinin Əlüseyn Hüseynovun Fira Cəlilovanın anası və aparıcının özü ilə də tanış olduğu barədə iddialar səsləndirilir.
Qeyd olunur ki, saxlanılan şəxslə Fira Cəlilova arasında heç bir qohumluq əlaqəsi yoxdur.
Məsələ ilə bağlı diqqət çəkən məqamlardan biri də axtarışda olan şəxsin uzun müddət həmin ünvanda qalması və onun orada gizlənməsinə kimin şərait yaratması ilə bağlıdır.
Bəs axtarışda olan şəxsin gizlədilməsinə şərait yaradıldığı sübuta yetirilərsə, bu halda hansı hüquqi məsuliyyət yaranır?
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi cinayətin gizlədilməsi ilə bağlı məsuliyyəti nəzərdə tutur. Lakin bu maddənin tətbiqi hadisənin konkret hallarından, şəxsin məlumatlılığından və digər hüquqi faktlardan asılıdır. Buna görə də Fira Cəlilovanın və ya ailə üzvlərinin məsuliyyət daşıyıb-daşımadığı yalnız araşdırmanın nəticələri əsasında müəyyən edilə bilər.
Hadisənin digər təfərrüatları, eləcə də şəxsin bağ evində gizlədilməsi ilə bağlı iddiaların hüquqi qiymətləndirilməsi araşdırmanın nəticəsindən sonra məlum olacaq.



