Azərbaycan-Ukrayna səhiyyə əməkdaşlığı rəsmiləşdirildi

Azərbaycan-Ukrayna səhiyyə əməkdaşlığı rəsmiləşdirildi

Azərbaycanla Ukrayna arasında səhiyyə və tibb elmi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair sazişin təsdiqlənməsi ilə bağlı Fərman imzalayıb.

Fərmana uyğun olaraq, sənəd qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan müddəaların icrasını Azərbaycanın Səhiyyə Nazirliyi həyata keçirəcək.

Bununla yanaşı, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün tələb olunan daxili prosedurların tamamlanması barədə Ukrayna Hökumətinə rəsmi məlumat təqdim edəcək.

Xatırladaq ki, Azərbaycan və Ukrayna arasında sözügedən saziş 1 noyabr 2025-ci ildə Bakı şəhərində imzalanıb.