Lənkəranda baş verən qəzada piyada ağır xəsarət alıb
Lənkəranda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azmedia.Az cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Ford Transit" markalı yük avtomobili yolu keçmək istəyən piyada, Lənkəran rayonunun Viravul kənd sakini 2000-ci il təvəllüdlü Elmin İlham oğlu Mənsimovu vurub. Ağır xəsarət alan piyada təcili olaraq Lənkəranrayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona ilkin tibbi xidmətlər göstərilib. Onu özəl klinikaların birinə göndərilməsi planlaşdırılır.
Əldə etdiyimiz məlumata görə piyada E.Mənsimov yanacaqdoldurma məntəqələrinin birində çalışır.
Faktla bağlı araşdırma aparılır.//nocomment


