Əfv sərəncamının icrası Penitensiar Xidmətin müəssisələrində həyata keçirilir

Əfv sərəncamının icrası Penitensiar Xidmətin müəssisələrində həyata keçirilir

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrasına bu gündən başlanılıb.

Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan müəssisələrdə həyata keçirilir.

Sərəncam çərçivəsində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxsin cəzasının çəkilməmiş hissəsindən azad edilməsi nəzərdə tutulub.

Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər də cəzasının qalan hissəsindən azad edilib.

Beləliklə, sərəncamın müvafiq müddəaları əsasında ümumilikdə 20 şəxsin cəzasının çəkilməmiş hissəsinə xitam verilib.

Hazırda əfv sərəncamının icrası Penitensiar Xidmətin müəssisələrində davam etdirilir.