Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri vəfat edib
Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri vəfat edib.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri, tanınmış şair-publisist İsmayıl Səlim oğlu İmanzadə bu gün vəfat edib.
Qeyd edək ki, İsmayıl İmanzadə 1944-cü ildə Cəbrayıl rayonunda dünyaya gəlib. İşğal dövründə Mingəçevirdə məskunlaşıb. Çoxsayda şeirlər kitabının müəllifidir.
Ehtiram Muradov
Azmedia.Az


