Məcnun Məmmədovdan yeni təyinat: şöbə müdiri dəyişdi
Kənd Təsərrüfatı Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib.
Azmedia.Az xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub.
Ruslan Ənvərlinin yeni vəzifəyə təyin olunması ilə bağlı məlumat verilib.
Qeyd olunur ki, R.Ənvərli bundan əvvəl “Avrora” şirkətində şöbə müdiri vəzifəsində çalışıb. O, daha əvvəl isə “Kapital Bank”da, həmçinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində şöbə müdiri kimi fəaliyyət göstərib.
Xatırladaq ki, bundan əvvəl kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ramil Əzməmmədov və Ayaz Museyibovu özünə müşavir, Fuad Məmmədovu isə Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsinə təyin edib.


