Bakıda FACİƏ: 2 nəfər dənizdə batdı

Bakıda FACİƏ:

Bakıda 2 nəfər dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyindən Azmedia.Az-a bildirilib ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində, nəzarətsiz ərazidə qeydə alınıb.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.//sfera