Bakı və Abşeronda dolu ehtimalı ilə bağlı xəbərdarlıq edilib
Bakı və Abşeron yarımadasında hava şəraiti ilə bağlı yeni məlumat açıqlanıb.
Azmedia.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 31-i axşam saatlarında Bakı və Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərində dolu yağacağı ehtimal olunur.
Xidmət sakinləri hava şəraitində baş verə biləcək dəyişiklikləri nəzərə almağa çağırır.


