Bakıda bu yollar bağlıdır: sürücülərin nəzərinə

Bakıda bu yollar bağlıdır: sürücülərin nəzərinə

Təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunda üç ünvanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Azmedia.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrində tətbiq olunur.

Sözügedən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərini nəzərə alaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş edilib.

Həmçinin təmir işlərinin aparıldığı ərazilərdə sürücülərin diqqətli olmaları və görülən işlərə anlayışla yanaşmaları tövsiyə olunub.