Bu gün Roza Zərgərlinin doğum günüdür – sənətçidən yeni sürpriz gözlənilir?

Bu gün Roza Zərgərlinin doğum günüdür – sənətçidən yeni sürpriz gözlənilir?

Azmedia.Az xəbər verir ki, bu gün Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərli doğum gününü qeyd edir.

Şou-biznesin ən çox müzakirə olunan simalarından biri olan Roza Zərgərli illərdir həm səsi, həm də fərqli obrazları ilə gündəmdə qalmağı bacarır. Onun hər yeni çıxışı və paylaşımı izləyicilər tərəfindən böyük maraqla qarşılanır.

Sosial şəbəkələrdə artıq sənətçiyə çoxsaylı təbrik mesajları yazılır. Pərəstişkarları isə bu özəl gündə müğənnidən yeni layihə və ya sürpriz gözləyir.

Qeyd edək ki, Roza Zərgərli hər zaman yenilikləri ilə seçilib və bu dəfə də istisna olmayacağı düşünülür.

Biz də Azmedia.Az olaraq sənətçini təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və yaradıcılığında yeni zirvələr arzulayırıq!