Buzovnada iki əlil qadın taleyin ümidinə buraxılıb - Aidiyyəti qurumlar nəyi gözləyir?
Buzovnada iki fiziki məhdudiyyətli qadının yaşadığı evin çıxışında, yağışlardan sonra dibi görünməyən, nəhəng bir quyu yaranıb.
Azmedia.Az xəbər verir ki, qadınlardan birinin görmə, digərinin isə yerimə qabiliyyəti məhduddur.
Sözügedən şəxslər tanınmış jurnalist və aparıcı Vüsalə Məmmədovanın doğmalarıdır. Vüsalə Məmmədova öz doğmalarının üzləşdiyi dəhşətli mənzərəni işıqlandıraraq aidiyyatı qurumlara səslənib:
"Doğmalarımın həyatı təhlükədədir! Günlərdir qapıları bu quyuya açılır. Birinin görmədiyi, digərinin yeriyə bilmədiyi bu qadınlardan biri o quyuya düşəndən sonra gələcəksiniz? Bu məsuliyyətsizliyin sonu faciə ilə bitməməlidir." - deyə, jurnalist qeyd edib.
Vüsalə Məmmədova həmkarlarına müraciət edərək mövzunu diqqətdə saxlayaraq aidiyyəti qurumların bu laqeydliyinə son qoyulması üçün dəstək istəyib. Bu müraciətdən sonra Fövqəladə Hallar Nazirliyinin sosial şəbəkə hesabından müraciətin aidiyyəti üzrə yönləndirildiyi qeyd olunub. Lakin yekun nəticə ilə bağlı hələ ki, bir məlumat yoxdur.


