"Crocus City Hall" terrorunun dörd iştirakçısına ömürlük həbs cəzası verildi - FOTO

"Crocus City Hall" terrorunun dörd iştirakçısına ömürlük həbs cəzası verildi - FOTO

Moskvada "Crocus City Hall" mərkəzində törədilmiş terror hadisəsində iştirak edən dörd nəfərə - Şəmsiddin Fəriduni, Dalerdjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Səidəkrəm Rəcəbalizodaya hökm oxunub.

Azmedia.Az-ın verdiyi məlumata görə, bu barədə TASS agentliyi xəbər yayıb.

Məhkəmə yuxarıda adları qeyd olunan şəxsləri təqsirkar hesab edib və onların hər birinə ömürlük həbs cəzası təyin olunub.