Evdən 6300 dollar oğurlayan şəxs saxlanıldı

Evdən 6300 dollar oğurlayan şəxs saxlanıldı

Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını bildirib.

Bu barədə Azmedia.Az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.