FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib: ÖLƏN VAR

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib:

Qaradağda yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Azmedia.Az xəbər verir ki, Paytaxtın Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, qəza zamanı vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qaldığı bildirilib. Hadisə yerinə cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən aparılan qiymətləndirmə zamanı "Mercedes" markalı yük avtomobillərinin iştirakı ilə qəza baş verdiyi məlum olub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalaraq həyatını itirən sürücü — 1993-cü il təvəllüdlü Rəmzi Savet oğlu Əliyevin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.