İlham Əliyev Maya Sanduya təbrik məktubu ünvanlayıb-

İlham Əliyev Maya Sanduya təbrik məktubu ünvanlayıb-

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Maya Sanduya ölkəsinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.

Azmedia.Az xəbər verir ki, dövlət başçısı məktubunda Moldova xalqını bu əlamətdar gün münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb.

İlham Əliyev Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib.

Prezident qeyd edib ki, xalqların iradəsinə uyğun olaraq iki ölkə arasında əlaqələrin hərtərəfli inkişaf etdirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səylər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.

Azərbaycan Prezidenti Maya Sanduya möhkəm cansağlığı, xoşbəxtlik və ali dövlət fəaliyyətində uğurlar, Moldova xalqına isə əmin-amanlıq və rifah arzulayıb.