İlham Əliyev və Mehriban Əliyeva Buxaraya gəldilər – qarşılanma mərasimi keçirildi
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistana səfərləri çərçivəsində Buxara şəhərinə gediblər.
Azmedia.Az xəbər verir ki, avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistanın paytaxtı Daşkənddən Buxara şəhərinə gəliblər.
Buxara Beynəlxalq Hava Limanında dövlət başçısını və birinci xanımı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə dair mühüm məsələlər müzakirə olunur.


