Kripto bazarında qiymətlər niyə düşür?

Kripto bazarında qiymətlər niyə düşür?

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas aktivlərin qiymətində əsasən azalma qeydə alınıb.

Azmedia.Az xəbər verir ki,  "Bitcoin"in qiyməti son sutkada 2.98% azalıb və 70 612 ABŞ dolları səviyyəsində ticarət olunur.

Bazarın ikinci böyük kriptovalyutası olan "Ethereum" 2.92% ucuzlaşaraq 2 073 dollara düşüb.

BNB-nin qiyməti son 24 saatda 1.62% azalaraq 645 dollar təşkil edib.

Bazarın ümumi dinamika­sı investorların risk iştahının zəiflədiyini göstərir. Buna baxmayaraq, bəzi aktivlərdə həftəlik artımın davam etməsi bazarda hələ də selektiv tələbin qaldığını göstərir.