Mənzildə qaz sızması yanğın təhlükəsi yaradıb - VİDEO
Mənzildə qazın açıq saxlanılması yanğın təhlükəsinə yol açıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Puşkin küçəsi 5 ünvanında yerləşən binanın üçüncü mərtəbəsində baş verib. Qazın açıq və üzərində qazanla nəzarətsiz qoyulub gedilməsi tüstülənmə və yanğına səbəb olub. Dərhal hadisə yerinə yetişən yanğınsöndürmə briqadası təhlükəni neytrallaşdıraraq yanğının böyüməsinə imkan verməyib. Hadisə yerinə həkim briqadası da cəlb olunub və məlumata görə zərərçəkən olmayıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


