Mingəçevir Teatrında Ulu Öndərin 103 illiyinə həsr olunan tədbir keçirildi - FOTO

Mingəçevir Teatrında Ulu Öndərin 103 illiyinə həsr olunan tədbir keçirildi -

Mingəçevir Dövlət Dram Teatrında Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr olunmuş “Heydər Əliyev- kvalifikasiyalı tamaşaçı” adlı tədbir keçirilib

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də Azərbaycan teatr sənətinin inkişafına verdiyi töhfələrə həsr olunmuş kitab və nəşrlər nümayiş etdirilib.

Daha sonra teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi Elçin Məhərrəm tərəfindən hazırlanmış “Heydər Əliyev-kvalifikasiyalı tamaşaçı” adlı təqdimat  auditoriyanın diqqətinə çatdırılıb.Təqdimatda Ulu Öndərin Azərbaycan teatrına, milli mədəniyyətə, incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, teatr sənətinin inkişafı istiqamətində həyata keçirdiyi siyasətdən bəhs olunub.

Tədbirin sonunda Ulu Öndərin sənət adamları ilə görüşlərini əks etdirən videogörüntülər, onun teatr haqqında fikirləri, çıxış və müsahibələrindən fraqmentlər təqdim edilib.

Ehtiram Muradov

Azmedia.Az