Mingəçevirdə elektrik xəttində partlayış: ərazi qaranlığa qərq oldu - FOTO

Mingəçevirdə elektrik xəttində partlayış: ərazi qaranlığa qərq oldu -

Mingəçevirdə elektrik xəttində qısaqapanma yanğın təhlükəsi yaradıb.

Azmedia.Az-ın məlumatına görə, hadisə Mingəçevir şəhərinin Sahil küçəsində qeydə alınıb.

6 min kilovoltluq elektrik yarımstansiyasından qidalanan elektrik xəttində qısaqapanma baş verib. Partlayışla müşayiət olunan hadisə ərazinin qaranlığa qərq olmasına və ciddi yanğın təhlükəsinin yaranmasına səbəb olub.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən briqadası cəlb olunub. Yanğın təhlükəsi aradan qaldırılıb və yaranan yanğın ocağı söndürülüb.

Hazırda ərazinin elektrik enerjisi ilə təminatının bərpası istiqamətində işlər aparılır.

Ehtiram Muradov

Azmedia.Az