Mingəçevərdə üç məktəbin məzunlarından yüksək nəticə: hamısı tələbə adını qazandı-

Mingəçevərdə üç məktəbin məzunlarından yüksək nəticə: hamısı tələbə adını qazandı-

Mingəçevirdə iki lisey bir məktəb məzunları ali məktəbə qəbul nəticələri ilə fərqləniblər.

Azmedia.Az xəbər verir ki, Mingəçevir Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyinin və R. Muradov adına Texniki-Humanitar Liseyin hər birində bir sinfin bütün məzunları tələbə adını qazanıb.

Belə ki, hər iki sinifdən 16 nəfər olmaqla ümumilikdə 32 məzun ali təhsil müəssisələrinə qəbul olunub.

Bununla yanaşı, Mingəçevir şəhər 4 saylı tam orta məktəbinin 17 nəfərlik təmayül sinfinin şagirdləri də tam olaraq tələbə adını qazanıblar.

Beləliklə, qeyd olunan üç təhsil müəssisəsinin həmin siniflərindən ümumilikdə 49 məzun ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb.

Bu nəticə həmin siniflər üzrə məzunların 100   faizinin ali məktəbə qəbul olması deməkdir.

Ehtiram Muradov

Azmedia.Az