Mingəçevirdə yaşayış binasında yanğın həyəcanı yaşanıb
Mingəçevirdə yaşayış binasında yanğın həyəcanı yaşanıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata gör, hadisəTəbriz küçəsi 25 ünvanında baş verib. Beşmərtəbəli binanın elektrik təsərrüfatında baş verən qısaqapanma yanğına yol açıb. Çevik qaydada hadisə yerinə yetişən FHN-nin yanğınsöndürmə briqadası yanğın ocağını lokallaşdıraraq təhlükənin qarşısını alıb.
Ehtiram Muradov
Azmedia.Az


