Natiq İbrahimov rektor təyin edildi - SƏRƏNCAM
Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.
Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, Natiq İbrahimov 2016-cı il may ayından 2021-ci il aprelin 23-nə qədər Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edib.
N.İbrahimovun tərcüməyi halını təqdim edirik:
İbrahimov Natiq Səhrab oğlu,1953-cü il 28 mart tarixində Qəbələ rayonu Mıxılqovaq kəndində anadan olub. N.İbrahimov Mıxılqovaq kənd orta məktəbini bitirib. 1972-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1979-1982-ci illərdə Universitetin nəzdində Hesablama mərkəzində riyaziyyatçı-proqramist vəzifəsində çalışıb. 1982-1985-ci illərdə fakültənin Tətbiqi riyaziyyat fakültəsinin hesablama laboratoriyasında riyaziyyatçı-proqramçı işləyib. 1985-1992-ci illərdə fakültənin Tədris laboratoriyasının müdiri, eyni zamanda kafedranın müəllimi olub.
1993-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində aparıcı inspektor, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. 2014-cü ildən bu günə qədər Təhsil Nazirliyinin Elm, ali və ortaixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib. 1993-cü ildən sonrakı müddətdə də Bakı Dövlət Universitetində əvəzçiliklə baş müəllim, dosent və professor vəzifələrini tutub.//oxu24


