PSJ "Real"ın futbolçusu üçün 115 milyonluq təklif göndərib İDDİA
PSJ "Real Madrid"in futbolçusu Arda Güler üçün 115 milyon avro dəyərində təklif irəli sürüb. Transferlə bağlı son qərarın Joze Mourinyoya aid olduğu bildirilir.
Azmedia.Az xarici mənbəyə istinadən xəbər verir ki, Paris təmsilçisi Arda Gülerin transferində israrlıdır və 115 milyon avroluq ilk rəsmi təklifi göndərib. Transferin reallaşıb -reallaşmaması ilə bağlı son qərarı Joze Mourinyonun verəcəyi gözlənilir.
Digər tərəfdən "Fənərbağça"nın Arda Gülerin transferi baş tutsa növbəti satışından 20 faiz pay almaq hüququ var. Arda Gülerin transferi baş tutarsa ,İstanbul klubu bu satışdan təxminən 23 milyon avro gəlir əldə edə bilər.


