Qaxda ağır yol qəzası: 12 yaşlı uşaq ölüb, 4 nəfər xəsarət alıb - FOTOLAR
Qax rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası olub.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Qax rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata əsasən, "Mercedes" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində "Niva"da olan 12 yaşlı sərnişin S. Babazadə həyatını itirib. Qəza zamanı "Niva"nın digər sərnişini, 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı oğlan uşağı, avtomobilin sürücüsü, 46 yaşlı Ruslan Babayev, eləcə də "Mercedes"in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.
Ehtiram Muradov
Azmedia.Az


