Salyanda 4 ay əvvəl itkin düşən şəxsin meyiti tapılıb

Salyanda 4 ay əvvəl itkin düşən şəxsin meyiti tapılıb

Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.

Azmedia.Az xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində kişinin meyiti "Qanlı dərə" ərazisində aşkar olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.//report