Səyahət edənlərin nəzərinə: Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb

Səyahət edənlərin nəzərinə:

"Kover" planının işə düşməsi ilə əlaqədar Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanları uçuşları müvəqqəti dayandırıb. Reyslər digər şəhərlərin ehtiyat hava limanlarına yönləndirilib.

Azmedia.Az xəbər verir ki, Rusiya tərəfi bunu Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücum cəhdi ilə əlaqələndirib. 

Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində uçan bir neçə dronun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.