Yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Gəncədə ikisi azyaşlı olmaqla zəhərlənən beş nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə - Abbas Səhhət adına xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.
Azmedia.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, zəhərlənmə şübhəsilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, dörd nəfərin vəziyyəti stabil, birinin isə orta ağır qiymətləndirilir.
Qeyd edək ki, bu, Gəncədə son üç gün ərzində qeydə alınan ikinci kütləvi qida zəhərlənməsi hadisəsidir.//ajans


