Yevlaxda zəncirvari qəza: xəsarət alanlar var
Yevlaxda zəncirvari yol qəzası baş verib, yaralananlar var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Əxşəm kəndi yaxınlığından keçən magistra yolda baş verib.
İdarəetmədən çıxan "Chevrolet" markalı avtomobil ardıcıl olaraq müxtəlif markalı iki "Mercedes" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "Mercedes" avtomobillərindən birinin sürücüsü və azyaşlı qız sərnişin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


