Ramiz Mehdiyevin kürəkəninin qardaşı Fikrət Əliyev vəfat etdi
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyev vəfat edib. O, müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışıb.
Azmedia.Az xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev ailəsində ağır itki ilə üzləşib.
“Qafqazinfo”nun məlumatına görə, İlham Əliyevin qardaşı Fikrət Əliyev dünyasını dəyişib.
Fikrət Əliyev uzun müddət müxtəlif qurumlarda rəhbər vəzifələrdə işləyib. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində polkovnik rütbəsində xidmət edib.
Bundan başqa, Fikrət Əliyev Beynəlxalq Universitetdə prorektor, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri vəzifələrini tutub.
Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən bir ay sonra isə Fikrət Əliyev akademiyanın İşlər idarəsinin müdir müavini vəzifəsinə təyin olunub.
///qafqaz.info


