Mingəçevirdə “Mercedes” yandı, sürücü son anda xilas oldu - VİDEO
Mingəçevirdə avtomobil yanıb, sürücü son anda xilas olub.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Nəriman Nərimanov küçəsində baş verib.
Belə ki, “Mercedes” markalı minik avtomobili qəfil yanmağa başlayıb. Avtomobildə olan şəxs son anda maşından çıxaraq xəsarət almadan xilas olub.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası alovu ram edərək yanğını söndürüb.
Ehtiram Muradov
Azmedia.Az


