Qaradağda Məktəb direktorunun “Kia”sını yandıran keçmiş məhkum həbs olundu- VİDEO

Qaradağda Məktəb direktorunun “Kia”sını yandıran keçmiş məhkum həbs olundu-

Bakının Qaradağ rayonunda məktəb direktoruna məxsus avtomobilin yandırılması faktı araşdırılıb.

Azmedia.Az xəbər verir ki, oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması hadisəsi qeydə alınıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avtomobili yandıran şəxsin əvvəllər məhkum olunmuş Fuad İbrahimov olduğu müəyyən edilib. O, həbs olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.