Afra Saraçoğlunun narkotik testinin nəticəsi açıqlanıb – saç nümunəsində kokain aşkarlanıb

Afra Saraçoğlunun narkotik testinin nəticəsi açıqlanıb – saç nümunəsində kokain aşkarlanıb

Aktrisa Afra Saraçoğlu ilə həmkarı Aras Bulut İynemlinin narkotik testlərinin nəticələri açıqlanıb. Saraçoğlunun saç nümunəsində kokain aşkarlanıb və testi müsbət nəticələnib.

Azmedia.Az xəbər verir ki, aktrisa Afra Saraçoğlu ilə həmkarı Aras Bulut İynemlinin narkotik testlərinin nəticələri açıqlanıb.

Afra Saraçoğludan götürülən saç nümunəsinin nəticəsində kokain aşkarlanıb və onun narkotik testi müsbət çıxıb.

Aras Bulut İynemlinin narkotik testi isə mənfi nəticələnib.

Xatırladaq ki, Afra Saraçoğlu və Aras Bulut İynemli daha əvvəl Bakırköy Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində saxlanılıblar.

Məşhurlar narkotik testindən sonra sərbəst buraxılmışdılar.