Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı
ağcabədi, itkin, düşüb, bakıda, tapılıb
Ağcabədi rayonunda iki yeniyetmənin itkin düşərək naməlum istiqamətə getməsi və axtarışa elan olunması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.
Azmedia.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib.
Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb.


