Noyabrın 13-dən Bakıda bu avtobuslarda yenilik olacaq – 2 marşrut xəttinə aiddir

Noyabrın 13-dən Bakıda bu avtobuslarda yenilik olacaq – 2 marşrut xəttinə aiddir

Bakıda Pirşağı qəsəbəsi və bağlarını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən iki avtobus marşrutunda yenilik ediləcək. Noyabrın 13-dən etibarən həmin xətlərdə yeni, ekoloji cəhətdən təmiz avtobuslar fəaliyyətə başlayacaq. Sərnişinlər üçün gedişhaqqı isə 65 qəpik müəyyənləşdirilib.

Azmedia.Az xəbər verir ki, Bakının Pirşağı qəsəbəsi və bağlarını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə birləşdirən 173A və 173B nömrəli müntəzəm avtobus marşrutlarında nəqliyyat vasitələri yenilənir.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, noyabrın 13-dən etibarən sözügedən marşrut xətlərində ekoloji cəhətdən təmiz, CNG texnologiyası ilə işləyən avtobuslar sərnişinlərin xidmətinə veriləcək.

Hər iki marşrut xətti üzrə 6 avtobus fəaliyyət göstərəcək.

Qeyd edək ki, avtobuslarda ödəniş yalnız nağdsız formada qəbul ediləcək. Gedişhaqqı 65 qəpik təşkil edəcək.