Ağdaşda dəhşətli qəza baş verdi - Bir ailənin üç üzvü...

Ağdaşda dəhşətli qəza baş verdi -

Ağdaşda bir ailənin üzvləri qəzaya düşdü, yaralananlar var.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Qumlaq kəndi yaxınlığında baş verib. "BMW" və "Vaz 2101" markalı avtomobillərin toqquşması zamanı bir ailənin 3 üvzü xəsarət alıb. Müxtəlif bədən xəsarətləri alan 1962-ci il təvəllüdlü Yeganə Eminova, həyat yoldaşı 1951-ci il təvəllüdlü Müğdət Eminov və oğulları 1987-ci il təvəllüdlü Anar Eminov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. 

Ehtiram Muradov

Azmedia.Az