Ağdaşda “VAZ” və “Mercedes” toqquşub: 3 nəfər yaralanıb

Ağdaşda “VAZ” və “Mercedes” toqquşub:

Ağdaşda yol qəzası olub, 3 nəfər yaralanıb.

Azmedia.Az-ın məlumatına görə, hadisə Ağdaş rayonunun Zeynəddin kəndi yaxınlığında, “Üç yol” adlanan ərazidə baş verib.

“VAZ-2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralananlar 2012-ci il təvəllüdlü Mustafayeva Mələk Famil qızı, onun 1952-ci il təvəllüdlü nənəsi Mustafayeva Həqiqət Nəriman qızı və 1967-ci il təvəllüdlü İskəndərova Gülnar Baba qızıdır. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az