Bakıda ağır qəza: Ölən var

Bakıda ağır qəza:

Paytaxtın Zığ-Beton yolu istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azmedia.Az xəbər verir ki, Elmir Qubadovun idarə etdiyi "Toyota Corolla" markalı minik avtomobili yol kənarında dayanmış vəziyyətdə olan "Hyundai" markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində sərnişinlər Elvin Əsgərov və Samir Məmmədov hadisə yerində ölüblər.

Digər sərnişinlər - Azad Əhmədov, Gülşən Məmmədova və sürücü E.Qubadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. //trend